• Bakı 10° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Ukraynada kim udur, kim uduzur? - AÇIQLAMA

GÜNDƏM

25 Fevral 2022 | 10:15

Ukraynada kim udur, kim uduzur? - AÇIQLAMA

"Müharibə ssenarisi ən pis və arzuolunmaz ssenari idi. Neçə ildir Ukrayna ətrafında hərbi-siyasi vəziyyət gərginləşmə davam edirdi. Biz bu vəziyyət kənar qüvvələrin qızışdırıcı mövqeyini görürdük". 

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

O qeyd edib ki, Ukraynaya 2014-ci ildən bəri kömək və dəstək vəd edən, ona silah-sursat satan Qərb indi Rusiyanı ittiham etməyə başlayıb.

"Tarix göstərib ki ABŞ-ın məqsədi kənar qüvvələri bir-biri ilə vuruşdurub qazanc əldə etməkdir. Qərb Ukrayna məsələsində sülhpərvər deyil, onun da öz maraqları var. Silah-sursat satıb, təbliğat işindən pul qazanır.

Ukrayna diplomatiyasının vecsizliyini görürəm. Vasitəçilər öz xeyirlərini güdürlər. Kiyev gərək Moskva ilə əlaqə saxlayardı.

Biz hər iki ölkə ilə dostuq və çalışacağıq ki öz imkanlarımızla mübasibəti müsbətə doğru inkişaf etdirək", - deyə politoloq bildirib.

Ramid İbrahimov  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026