• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Su kəmərində qəza baş verdi: Sakinlər susuz qaldı, yol çökdü

GÜNDƏM

25 Yanvar 2022 | 18:02

Su kəmərində qəza baş verdi: Sakinlər susuz qaldı, yol çökdü

Bu gün səhər saatlarından su kəsilib hələ də gəlmir.  

Bu barədə Bakıvaxtı.az-a Bakının Lökbatan qəsəbəsində yerləşən “Qobu-Park” yaşayış kompleksinin sakinləri bildirib.

Sakinlər bildirib ki, onlara xəbərdarlıq etmədən hər həftə suyun verilməsində məhdudiyyət yaranır.

Su kəmərində tez-tez qəzanın baş verməsinə səbəb isə rezin su borusunun Lökbatan-Qobu avtomobil yolunun altından keçməsidir.  Su borusunun yararsız vəziyyətə düşməsi yolda asfalt örtüyünün çökməsinə də səbəb olub.   

Qaradağ rayon Sukanal İdarəsindən Bakıvaxtı.az-a bildirilib ki, su kəmərində baş vermiş qəzanın aradan qaldırılması istqiamətində işlər davam etdirilir.   

Ramid İbrahimov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026