• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Nazirlər Kabineti qərarını ləğv etməlidir” - AÇIQLAMA  

GÜNDƏM

29 Dekabr 2021 | 13:46

“Nazirlər Kabineti qərarını ləğv etməlidir” - AÇIQLAMA

3 gündən sonra Bakıda benzin və dizel mühərrikli avtobusların marşrut xətləri üzrə istismarı qadağan olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarında qeyd edilib. 2019-cu il 4 mart tarixli, 73 saylı qərara görə 2.1.14-cü yarımbəndində 2022-ci il yanvarın 1-dən Bakı şəhərində marşrutlara yalnız sıxılmış təbii qazla işləyən mühərrikli və ya elektrik mühərrikli avtobuslar buraxılacaq.

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, Nazirlər Kabineti mövcud reallıqdan uzaq bir tələb qoyub.

“Düşünürəm ki, bu yanaşma ölkəmizin avtobus parkının vəziyyəti və daşıyıcıların imkanı ilə uzlaşmır. Bakıdakı bütün nəqliyyat problemlərinin əsas kökü ictimai nəqliyyatdadır. Avtobus çatışmazlığı, mövcud avtobusların xeyli hissəsinin yararsız olması hər kəsə bəllidir. Belə olan halda normal nəqliyyat siyasəti yürüdülməli, marşrut şəbəkəsi genişlənməli və şaxələnməli, avtobus sayı artırılmalı, təhlükəsizlik və komfort yüksəldilməli və s. Bunun əvəzində belə absurd qərarlar qəbul edilməsi işləri xeyli ləngidir”, - deyə Ə.Hüseynov bildirib.

Ekspert qeyd edib ki, Nazirlər Kabinetinin 73 saylı qərarının həmin bəndi ləğv edilməlidir.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026