• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu gün nazirlikdə brifinq keçiriləcək 

GÜNDƏM

30 Dekabr 2021 | 11:00

Bu gün nazirlikdə brifinq keçiriləcək

Prezident İlham Əliyevin imzaladığı nazirliyin fəaliyyətinə aid sərəncamlar və qanun ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən brifinq keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, sərəncamlardan irəli gələn məsələlərə dair ictimaiyyətə geniş məlumat veriləcək.

Qeyd edək ki, ölkə Prezidenti İlham Əliyevin yeni Fərmanı ilə hərbi qulluqçuların dövlət icbari sığortası üzrə fəaliyyəti həyata keçirən və həmin sığorta vəsaitlərini idarə edən orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən olunub. Nazirlik eyni zamanda dövlət başçısının təsdiq etdiyi yeni qanuna uyğun olaraq 2022-ci ilin əvvəlindən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasının yığım prinsipi əsasında həyata keçirilməsi, bu sahədə inzibatçılığın, xidmət keyfiyyətinin, vətəndaş məmnunluğunun innovativ yanaşmalar əsasında təkmilləşdirilməsi, sığorta vəsaitlərindən daha səmərəli istifadə olunması istiqamətində tədbirlər həyata keçirəcək.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026