Xəbər verildiyi kimi, Yasamal rayon Məhkəməsində tanınmış iş adamı, “Bakı” futbol klubunun sabiq prezidenti Hafiz Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanıb.
Dünən xəbər portallarında yayılan məlumata görə, “Hafka” ləqəbli iş adamı borcunu ödəyib.
Bakıvaxtı.az-ın araşdırmasına görə, iş adamının böyük məbləğdə dövlət büdcəsinə vergi borcu var.
Hafiz Məmmədova məxsus “Baghlan Group" FZCO (AZAD ZONA ŞİRKƏTİNİN) Azərbaycan Respublikasındakı filialının (VÖEN 1500488161) vergi borcu 24053.11 manatdır.
“Hafka”ya məxsus 4 şirkətdən üçünün hüquqi ünvanı eynidir: Bakı şəhəri, Həsən Əliyev küçəsi, ev 24. Bu şirkətlər “KSM” MMC, "LOGESTİCS GROUP" MMC və "ARCON" MMC-dir.
Hafiz Məmmədovun oğlu Kənan Məmmədovun rəhbərlik etdiyi nizamnamə kapitalı 10 manat olan “KSM” MMC-nin (VÖEN 1501219181) vergi borcu 171760.05 manatdır.
Nizamnamə kapitalı 10 manat olan "LOGESTİCS GROUP" MMC-nin (VÖEN 1501158171) vergi borcu 3058.99 manat, "ARCON" MMC-nin (VÖEN 1400091121) vergi borcu 1576.94 manatdır.
Ramid İbrahimov


jpg-1643363512.jpg)













