“Son günlər bəzi nəqliyyat ekspertləri sosial şəbəkə platformalarında 2022-ci ilin yanvarın 1-dən Bakı şəhərində dizellə işləyən avtobusların fəaliyyətinə qadağa qoyulacağı ilə fikirlər bildirməkdədir. Sərnişindaşımaların daim ictimaiyyətin diqqət mərkəzində olduğundan bu fikirlə insanlar arasında narahatlığa səbəb olmaqdadır”.
Bunu Bakıvaxtı.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibinin rəhbəri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, Nazirlər Kabinetnin 3 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə müntəzəm sərnişindaşımalara cəlb edilən avtobuslarla bağlı tələbi bəzi nəqliyyat ekspertləri yanlış formada şərh edirlər ki, bu da çaşqınlıq yaradır: “Çaşqınlığın aradan qaldırılması məqsədi ilə bildirmək istərdim ki, sözügedən tələblərin 2.1.14-cü yarımbəndinə əsasən avtobuslar müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilməlidir. Eyni zamanda həmin tələblərin 8.1-cü bəndinə əsasən qeyd olunan müddəa 1 yanvar 2022-ci il tarixindən qüvvəyə minir.
Hüququn ümumi prinsiplərinə əsasən hər hansı bir hüquqi akt qüvvəyə mindikdən sonra yaranan münasibətlərə şamil olunur. 2.1.14-cü yarımbəndində əksini tapan tələb də 1 yanvar tarixindən sonra qanunvericiliyə uyğun keçiriləcək müsabiqələr zamanı nəzərə alınacaqdır. Yəni hazırda marşrut şəbəkəsində istismarda olan dizel mühərrikli avtobuslarla müntəzəm sərnişindaşımalarından kənarlaşdırılmayacaq”.
M.Ağayev bildirib ki, hazırda marşrut şəbəkəsində istismarda olan avtobusların böyük qismi 2007/2012-ci illər arasında gətirilən avtobuslardır və onlar dizel mühərriklidir: “Yəni bu avtobusların anidən xətdən çıxarılması sərnişindaşımalarda fasiləsiziliyin pozulmasına səbəb ola bilər. Ona görə də ən azından ekspert bu fikri söyləyəndə belə bunun məsuliyyəti anlamalıdır”.
Ramid İbrahimov



jpg-1643363512.webp)












