Abonent kredit götürmədiyi halda sayğacda vəsaitlər “yoxa çıxır”.
Bakıvaxtı.az xəbər verir ki, bu fakt Şirvan şəhərində məcburi köçkünlərin və şəhid ailələrinin yaşadığı yeni yaşayış kompleksində qeydə alınıb.
Şikayətçilər qeyd edib ki, ödəniş məntəqəsində istifadə etmək istədikləri qədər karta pul mədaxil ediblər. Mədaxil etdiyiniz pulun müqabilində karta müvafiq qaz həcmi yüklənib. Bu barədə onlarda qəbz də var.
Abonentlər smart karta pul mədaxil olduqdan sonra yüklənən qazın həcmi sayğacın ekranında əks olunmur.
Qeyd edək ki, noyabrın 15-dən ölkədə qış mövsümü başlasa da, hələ də adıçəkilən yaşayış kompleksində binalara istilik verilmir. Buna səbəb kimi yaşayış kompleksin istiliklə təmin edən qazanxananın “Azəriqaz” İstehsalat Birliyinə 280 min manat borcunun olduğu qeyd olunub. Bu borcun sakinlər tərəfindən ödəniləcəyi bildirilib. Amma sakinlərə ötən bir il ərzində borcla bağlı qəbz təqdim edilməyib.
Məsələ ilə bağlı 02.12.2021-ci il tarixində “Azəriqaz” İB-nin mətbuat xidmətinə informasiya sorğusu göndərilib.
Ramid İbrahimov
















