• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Milli Məclisin binası qəzalı vəziyyətdədir? – Tender keçirilib 

GÜNDƏM

02 Dekabr 2021 | 16:30

Milli Məclisin binası qəzalı vəziyyətdədir? – Tender keçirilib

Milli Məclisin inzibati binalarında cari təmir-bərpa işlərinin satın alınması ilə bağlı elan edilən açıq tenderə yekun vurulub.

Bakıvaxtı.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Texnomaks” Məhdud Məsuliyyətli Cəmiyyətdir.

Qalib şirkətə 94514.17 manat ödəniləcək.  

“Texnomaks” Milli Məclisin inzibati binasının I korpusunda divar və tavan çatlarının bərpası və şpaklyovka olunması, parket döşəmənin qaşınması və bərpa işləri, II korpusunda divar və tavan çatlarının bərpası və şpaklyovka olunması, IIIkorpusunda divar və tavan çatlarının bərpası və şpaklyovka olunması, parket döşəmənin qaşınması və bərpa işlərini görməlidir.      

Qeyd edək ki, noyabrın 10-da Bakıda güclü küləyin əsməsi nəticəsində Milli Məclisin birinci korpusunun yuxarı mərtəbələrində binanın üzlükləri qoparaq AzTV-nin həyətinə düşüb. Hadisənin videogörüntüsü sosial şəbəkələrdə paylaşılıb.

 Ramid İbrahimov  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026