• Bakı 13° C

    1.45 m/s

Sərnişin təyyarəsində dəhşət: Ən azı 50 yaralı var

DÜNYA

12 Mart 2024 | 08:20 | Müəllif: Qalib İbrahimoğlu

Sərnişin təyyarəsində dəhşət: Ən azı 50 yaralı var

Avstraliyadan Yeni Zelandiyaya uçan sərnişin təyyarəsində dəhşət yaşanıb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, Avstraliyanın Sidney şəhərindən Yeni Zelandiyanın Oklend şəhərinə uçan LATAM Hava Yollarına məxsus Boeing 787 tipli sərnişin təyyarəsi qəfil hündürlüyünü itirib. Hündürlüyün itirilməsi nəticəsində azı 50 nəfər xəsarət alıb.

Təyyarədə 263 sərnişin və 9 ekipaj üzvü olduğu bildirilib və təyyarənin Oklend hava limanına eniş etdiyi bildirilib.

Yaralılardan birinin vəziyyətinin ağır, digərlərinin isə yüngül və orta ağır olduğu bildirilib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026