Sərnişindaşıma xidməti göstərən “Çinar-Trans” MMC İcbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimələnib.
Bakıvaxtı.az xəbər verir ki, “Çinar-Trans” barədə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi əsasında protokol tərtib olunaraq iş Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Məcəllənin 469.3-cü maddəsində qeyd edilib ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
İnzibati xətalar haqqında iş hakim Fərid Əmirəliyevun sədrliyi ilə araşdırılacaq.
İbRa