• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Sertifikasiyadan keçən müəllimlərin NƏZƏRİNƏ!

CƏMİYYƏT

10 Fevral 2025 | 21:31

Sertifikasiyadan keçən müəllimlərin NƏZƏRİNƏ!

2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesində uğur qazanan müəllimlərin elektron sənəd formasındakı sertifikatları portal.edu.az platformasında yerləşən şəxsi kabinetlərinə əlavə edilib. 

Bakıvaxtı.az xəbər verir ki, qeyd olunan dövrdə uğur qazanan müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olaraq ekranın sol hissəsində yerləşən “Sənədlərim” bölməsinə keçid edərək elektron sertifikatlarını əldə edə bilərlər. 

Elektron formada təqdim olunan sertifikatlar əlçatanlığı təmin etməklə yanaşı müəllimlərin əlavə vaxt itkisinin də qarşısını alacaq.

Nəzərinizə çatdırırıq ki, hazırda 2022 və 2024-cü illərdə təşkil olunan sertifikatlaşdırma prosesindən uğurla keçənlərin sertifikatlarının verilməsi istiqamətində işlər aparılır.


SON XƏBƏRLƏR

11 Mart 2025