• Bakı 25° C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Silah gücünə açıqlama oxuyan aparıcının yeni peşəsi

DÜNYA

15 Iyul 2025 | 12:02

Silah gücünə açıqlama oxuyan aparıcının yeni peşəsi

TRT-də “Çevriliş bəyannaməsi” deyilən xəbəri silah gücü ilə oxumağa məcbur edilən xəbər aparıcısı Tijen Karaş ekranlara vida edib.

Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Məlumata görə, Karakaş Türkiyənin bir çox şəhərlərini gəzib və fərdi inkişaf üzrə təlimçi kimi işə başlayıb.

"O gecəni iliklərimizə qədər qorxu içində yaşadıq. Bunu ömrümün sonuna qədər heç vaxt unutmayacağam. Sağlamlığım getdi. Allaha şükürlər olsun ki, ağır cəza alıblar. Onlar üçün daha pis olsun. Allah bir daha yaşatmasın. Allah şəhidlərimizə rəhmət eləsin",-deyə Karakaş açıqlama verib.

Mina Mikayılova


SON XƏBƏRLƏR