• Bakı 29° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

Ukrayna Ordusu Orixovda Rusiya hücumunu dəf edib

DÜNYA

14 Avqust 2025 | 09:55

Ukrayna Ordusu Orixovda Rusiya hücumunu dəf edib

Ukrayna Silahlı Qüvvələrinin 118-ci Əlahiddə Mexanikləşdirilmiş Briqadası Rusiyanın Orixov sektoruna mexanikləşdirilmiş hücumunu dəf edib.

Bakıvaxtı.az bu barədə Ukrinform-a istinadla xəbər verir.

Məlumata görə, briqadanın koordinasiyalı əməliyyatı nəticəsində bir tank, dörd araba, dörd motosiklet məhv edilib, bir piyada döyüş maşını və zirehli döyüş maşını zədələnib.

Bildirilib ki,üç saatlıq döyüşdə 16 rus hərbçisi öldürülüb, 10 nəfər isə yaralanıb. Hücumda istifadə olunan bütün texnikanın sıradan çıxarıldığı bildirilib.

Qeyd edək ki, daha əvvəl Ukrayna Milli Qvardiyasının 3-cü Xüsusi təyinatlı briqadası Pokrovsk istiqamətində Rusiya hücumunu dayandırıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

13 Avqust 2025