Şimali Koreya yanvarın 6-da sınaqdan keçirilmiş yeni hipersəs raketinin bəzi xüsusiyyətlərini açıqlayıb.
Bakıvaxtı.az Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən xəbər verir ki, hipersəs raketinin sürəti səs sürətini 12 dəfə keçib və buraxılış zamanı raket 99,8 km yüksəkliyə çatıb.
Raketin açıq sularda 1500 km məsafədəki hədəf ərazini dəqiqliklə vurduğu vurğulanıb.
Məlumata görə, hipersəs raketinin mühərrik korpusunu hazırlamaq üçün karbon lifi ilə gücləndirilmiş yeni kompozit materialdan istifadə edilib.
Gülşən Şərif