• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Simonyan: Ermənistan hazırda Aİ-yə üzvlük üçün ərizə verməyi müzakirə etmir

SİYASƏT

27 Mart 2024 | 15:35

Simonyan: Ermənistan hazırda Aİ-yə üzvlük üçün ərizə verməyi müzakirə etmir

Ermənistan hazırkı mərhələdə Avropa İttifaqına daxil olmaq üçün ərizə vermək məsələsini müzakirə etmir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib.

    Simonyanın sözlərinə əsasən, hazırda Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə mövzusu deyil:

    “Düşünmürəm ki, belə bir hadisə baş verə bilər. Ermənistan hələ müraciət etməyib və Aİ-yə üzv və ya namizəd olmaq üçün gözləyir. Bizim görülməli çox işimiz var ki, Gürcüstan və ya Türkiyə kimi illərlə Aİ-yə üzvlüyü gözləməli olmayaq”.

    Spiker əlavə edib ki, ölkədə bir çox standartların dəyişdirilməsinə ehtiyac var və bu səbəbdən də Aİ üzvlüyü üçün müraciət edilsə, prosesin nə qədər vaxt aparacağı sual altındadır.

    Xatırladaq ki, bir müddət öncə Alen Simonyan Ermənistanın Aİ ilə münasibətləri dərinləşdirməyə və üzvlüyə namizəd olmağa hazır olduğunu bəyan etmişdi.


    SON XƏBƏRLƏR

    26 Aprel 2024