• Bakı 16° C

    0.94 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Narkotik məktəblərə də yol tapıb: Siyavuş Novruzov həyəcan təbili çalır

Gündəm

23 Aprel 2024 | 13:24

Narkotik məktəblərə də yol tapıb: Siyavuş Novruzov həyəcan təbili çalır

“Tibbi nöqteyi-nəzərdən qanun layihəsi vacibdir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deyib.

Onun szölərinə görə, bu gün doğrudan da bütün cəmiyyətimizi narahat edən ciddi bir məsəldir:

"Gün ərzində mətbuata nəzər salanda görürük ki, hər gün 5-50 insan narkotik vasitələrlə bağlı məsuliyyətə cəlb olunur. Daşıyan və satan bu qədərdirsə, qəbul edənlərin sayı görün, nə qədərdir. Məsələni ciddi şəkildə kəskinləşdirməliyik. Müxtəlif narkotik maddələri artıq məktəblərə daxil olur”.

S.Novruzov bildirib ki, kifayət qədər narkotikdən müalicə olunmaq üçün dispanserlər yoxdur:

“Onlar tikilib, istifadəyə verilməsi, insanların sağalmasına xidmət etməlidir. Bir dispanser var idi, onun da rəhbəri bu yaxınlarda korrupsiya ilə bağlı məsuliyyətə cəlb olundu”.

“Tez-tez eşidirik, deyirlər ki, “İran vətəndaşından almışam”. Bəs onlar kimdir, haradan gətirirlər onu? Kimdir bu dövlətin övladlarını zəhərləyən? Heç kim bundan sığortalanmayıb, problem hər kəsin qapısını döyə bilər. Əlimizdən gələn hər şeyin etməliyik ki, Azərbaycan uşaqlarının gələcəyinə ziyan vuran bu sistemi məhv edək”,- deyə Siyavuş Novruzov vurğulayıb.

Aytac Aslan


SON XƏBƏRLƏR

03 May 2024