• Bakı 26° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Ötən il ƏƏSMN-ə ayrılmış vəsaitin istifadə olunduğu istiqamətlər açıqlanıb

Gündəm

23 May 2024 | 11:18

Ötən il ƏƏSMN-ə ayrılmış vəsaitin istifadə olunduğu istiqamətlər açıqlanıb

Dövlətin apardığı sosial-iqtisadi siyasətin davamı olaraq əhalinin gəlir əldə etmək imkanlarının artırılması və rifahının yaxşılaşdırılması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi və digər sosial tədbirlərin maliyyə təminatı üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2023-cü il dövlət büdcəsindən ayrılmış 1981,0 milyon manat məbləğində vəsaitin 1980,4 milyon manatı xərc sifarişlərinə uyğun olaraq istifadə olunub və proqnoz 99,9 faiz icra edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda öz əksini tapıb.

    “Bu xərclərin icrası üzrə 305,7 milyon manat və ya 15,6 faiz ünvanlı dövlət sosial yardıma, 551,8 milyon manat və ya 27,9 faiz digər təqaüdlərə (müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü, I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü), 450,9 milyon manat və ya 22,9 faiz əlilliyə görə müavinətə, 299,5 milyon manat və ya 15,1 faiz yaşa görə müavinətə, 243,7 və ya 12,3 faiz haqqı ödənilən ictimai işlərin təşkilinə, 128,8 milyon manat və ya 6,5 faiz digər sosial ödənişlərə (uşağın anadan olmasına görə birdəfəlik müavinət, ailə başçısını itirməyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara müavinət və s.) sərf edilb”, - deyə hesabatda qeyd edilib.


    SON XƏBƏRLƏR

    15 Iyun 2024