• Bakı 30° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8509

    RUB - 0.0193

AAYDA: Avtomobil yollarında yaranmış problem aradan qaldırılıb

Gündəm

21 Iyun 2024 | 13:55

AAYDA: Avtomobil yollarında yaranmış problem aradan qaldırılıb

Azərbaycanın regionlarında güclü külək nəticəsində bir neçə avtomobil yolunda yaranmış problem aradan qaldırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilir ki, ötən gün axşam saatlarında Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göygöl, Samux və Goranboy rayonları, həmçinin Gəncə və Mingəçevir şəhərləri ərazisində müşahidə olunan güclü külək ağacların bir neçə avtomobil yolunun hərəkət hissəsinə aşmasına səbəb olub.

Bununla yanaşı, külək nəticəsində quraşdırılmış yol nişanları və məlumatverici lövhələrin aşması ilə yol təsərrüfatına ciddi ziyan dəyib.

"Güclü külək səbəbindən avtomobil yollarında yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə agentliyinin sözügedən rayonlar üzrə məhdud məsuliyyətli cəmiyyətlərinin xüsusi texnika və canlı qüvvələri səfərbər olunub. Hadisə baş verdiyi andan etibarən görülən təxirəsalınmaz tədbirlər nəticəsində yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub", - deyə məlumatda qeyd edilib.


SON XƏBƏRLƏR