• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Azərbaycanda ekologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

GÜNDƏM

21 Iyun 2024 | 16:24

Azərbaycanda ekologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS ISO 7887 “Suyun keyfiyyəti — Rəngin tədqiqi və müəyyən edilməsi” və AZS ISO 8288 “Suyun keyfiyyəti — Kobalt, nikel, mis, sink, kadmium və qurğuşunun təyini – Alovlu atom absorbsiya spektrometrik üsullar” yeni dövlət standartlarını qəbul edib.

Bakıvaxtı.az  Dövlət Xidmətinə istinadən xəbər verir ki, standartları Ekologiya və Təbii Sərvətlər Nazirliyi beynəlxalq standartlar əsasında işləyib-hazırlayıb,

“Ekologiya” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK-09) müzakirəyə çıxarılıb. Standartlar müvafiq qurumlarla razılaşdırıldıqdan sonra AZSTAND onları təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin dövlət fonduna daxil edib.


SON XƏBƏRLƏR