• Bakı 24° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.8221

    RUB - 0.0195

Son 2 il ərzində qaytarılan vergilərin məbləği açıqlanıb

Gündəm

23 May 2024 | 12:52

Son 2 il ərzində qaytarılan vergilərin məbləği açıqlanıb

Dövlət Vergi Xidmətinin hesabatlarına əsasən son iki ərzində təxminən 1 milyard manat, o cümlədən 2022-ci ildə 495.9 milyon manat, 2023-cü ildə 496.7 milyon manat vergi məbləğinin qaytarılması şəraitində ötən ilin sonuna dövlət büdcəsinə artıq ödəmə məbləği 200 milyon manat artaraq 1 milyard 925 milyon manat təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

    O bildirib ki, DVX-nin təmin olunan gəlirlərlə 2023-cü ilin sonuna yaranan artıq ödəmə məbləğinin il ərzində dövlət büdcəsinə daxil olan gəlirlərə faiz nisbəti ötən illə müqayisədə 0.8 faiz bəndi artaraq 11.9% təşkil edib: “Bu göstərici əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Belə ki, hesabat ilində artıq ödəmə məbləğinin dövlət büdcəsinə daxil olan gəlirlərə qarşı faiz nisbəti son on ilin orta göstərici ilə müqayisədə yarıdan çox azalıb”.


    SON XƏBƏRLƏR

    21 Iyun 2024