• Bakı C

    15.2 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Şöbə müdiri: "STEAM" layihəsi ölkəmizdə çox uğurla həyata keçirilir

CƏMİYYƏT

11 Fevral 2025 | 10:58

Şöbə müdiri: STEAM layihəsi ölkəmizdə çox uğurla həyata keçirilir

“Bizim bakalavr və magistr pilləsində I və II dərəcəli əlilliyi olanlar, məcburi köçkün olan  qadın və qızların təhsilə əlçatanlığı tam təmin edilib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Qadın və Qızların Elmdə Beynəlxalq Günü” münasibətilə keçirilən tədbirdə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova deyib.

Onun sözlərinə görə, valideyn himayəsindən məhrum olan və onları itirən məktəblilər üçün sosial müdafiə, onların hüquqlarının təmin edilməsi sahəsində bütün imkanlar mövcuddur:

“Bu gün bütün dünyada qadın və qızların təhsilə cəlb edilməsində əsas alət “STEAM” layihəsidir ki, ölkəmizdə də çox uğurla həyata keçirilir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

15 Aprel 2025