• Bakı 21° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

Son 5 ildə büdcə xərcləri 43 faiz artıb

İQTİSADİYYAT

03 Iyun 2025 | 11:25

Son 5 ildə büdcə xərcləri 43 faiz artıb

2024-cü il büdcəsinə həmin ilin iyun ayında yenidən baxılmaqla onun xərcləri ilkin təsdiq olunmuş göstəriciyə nisbətən 8,1 faiz və ya 3 mlrd. manata yaxın artırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi qanun layihəsinin təqdimatə zamanı deputat Azər Əmiraslanov deyib.

Qeyd edib ki, ötən ilin maliyyə sənədi həm də artan büdcə kimi  xarakterizə olunur. Belə ki, o həm proqnoza, həm də əvvəlki ilə nisbətən artmışdır. Ümumiyyətlə, son illər təsdiq edilmiş dövlət büdcələri miqyasca artım dinamikasına malikdir.  

Bildirib ki, 2020-2024-cü illəri əhatə edən son 5 ildə büdcə xərcləri 11,3 mlrd. manat və ya 43 faiz artıb.

Sosial və investisiya yönümlü xərclərin uzlaşdırılması və bir-birini tamamlaması icra edilmiş büdcənin əsas cəhətlərindəndir. Büdcə məxaricinin 56,6 faizinin cari, 40 faizinin isə əsaslı xərclərdən ibarət olması bunu bir daha təsdiq edir.

"Müzakirə etdiyimiz büdcənin digər bir xüsusiyyəti onun dayanıqlıq meyarlarına əsasən cavab verməsidir. Belə ki, ötən il cari xərclərin 90,1 faizi qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılanmışdır.

Komitə iclasında hörmətli maliyyə naziri bu rəqəmin 100 faizə çatdırılmasını perspektiv hədəflərdən biri kimi qeyd edib".

Mina Mikayılova


SON XƏBƏRLƏR

04 Iyun 2025