• Bakı C

    14.31 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Son bir həftədə təbiətə 173 min manata yaxın ziyan dəyib

CƏMİYYƏT

19 Mart 2025 | 16:25

Son bir həftədə təbiətə 173 min manata yaxın ziyan dəyib

Son bir həftədə ölkə ərazisində təbiətə 172 860 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Ağcabədi rayonunun inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Məlumata əsasən Bakı şəhəri Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 40 ünvanında, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 125 ünvanında yerləşən “Status 2024” MMC-yə, Nərimanov rayonu Faiq Yusifov küçəsi 43, 43A ünvanında yerləşən “Gold Məkan” MMC-yə, Yasamal rayonu Akademik Şəfayət Mehdiyev küçəsi 257A ünvanında “Ultra Technologies” MMC-yə, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsində, Xəzər rayonu Qala qəsəbəsində yerləşən “Ultimate Solutions” MMC-yə məxsus ərazilər və Ağcabədi rayonu Qaravəlli kəndində ağacların kəsilməsi faktları ilə bağlı təbiətə 172 860 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.


SON XƏBƏRLƏR