• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Sosial müavinət alanların sayındakı 20 min artım nə ilə bağlıdır?

CƏMİYYƏT

15 Iyul 2025 | 12:51 | Müəllif: Qalib İbrahimoğlu

Sosial müavinət alanların sayındakı 20 min artım nə ilə bağlıdır?

Bu ilin iyun ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 20 min artaraq 865 min nəfərdən çox olub.

Bakıvaxtı.az xəbər verir ki, onların 462 mindən çoxunu aylıq sosial müavinət, 403 mindən çoxunu isə təqaüd alanlar təşkil edib. Ötən ilin eyni dövründə 448 min nəfərdən çoxu aylıq sosial müavinət, 397 min nəfərdən çoxunu isə təqaüd alanlar idi.

Deputat Vüqar Bayramovun sözlərinə görə, rəsmi statistika göstərir ki, artımlar daha çox aylıq sosial müavinət alanların sayı ilə bağlı olub. Belə ki, həmin vətəndaşlarımızın sayında 14 min artım qeydə alınıb:

"Bu isə birbaşa aylıq sosial yardımların dairəsinin genişlənməsi və bəzi proqramlar ilə məlumatlandırma səviyyəsinin artması ilə bağlıdır. Belə ki, 2025-ci ilin əvvəlində Azərbaycanda 334 mindən çox şəxs ünvanlı dövlət sosial yardımı alıb. Ötən ilin əvvəlinə bu göstərici 275 min idi".

"Göründüyü kimi, sosial proqramların dairəsinin genişləndirilməsi və daha çox vətəndaşlarımızı əhatə etməsi aylıq müavinət alanların sayında artım ilə müşahidə edilib", - deyə Vüqar Bayramov əlavə edib..

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026