• Bakı 28° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9894

    RUB - 2.1364

“OBA” marketlər şəbəkəsinin əməkdaş sayı 10 min nəfərə çatıb - FOTO

CƏMİYYƏT

14 Avqust 2025 | 12:07

“OBA” marketlər şəbəkəsinin əməkdaş sayı 10 min nəfərə çatıb - FOTO

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan OBA Marketlər şəbəkəsinin əməkdaş sayı 10 minə çatıb.

Bu münasibətlə "OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimovanın iştirakı ilə 10 000-ci əməkdaş işlədiyi marketdə təbrik olunub.

N. İbrahimova 10 mininci əməkdaş Fidan Cəfərovaya sertifikat, gül dəstəsi və hədiyyə təqdim edib və bütün əməkdaşlara uğurlar arzulayıb: "Günü-gündən böyüyən, bütöv Azərbaycanımızın dörd bir yanını əhatə edən "OBA” marketlər şəbəkəsi olaraq, xalqımıza xidmət etməkdən qürur duyuruq. On mininci əməkdaşımızın aramıza qatılmasından böyük sevinc hissi keçirir və qədəmləri uğurlu olsun deyirik. OBA, sadəcə bir iş yeri deyil – bu, minlərlə insanın gündəlik həyatının bir hissəsidir”.

Daha sonra "Yeni Yasamal 5” mağazasının əməkdaşları ilə birgə tort kəsilib.

Xatırladaq ki, “OBA” marketlər şəbəkəsi üçün əməkdaşlarının məmnuniyyəti və rahatlığı hər zaman əsas prioritet istiqamətdir. OBA Marketlər şəbəkəsi, əməkdaşlarının məmnuniyyətini və rifahını artırmaq məqsədilə davamlı olaraq investisiya yatırır. Təkcə bu il ərzində bu istiqamətdə 2 milyon manat həcmində yatırım həyata keçirilib.

2016-cı ildən fəaliyyət göstərən “OBA Market” MMC hazırda ölkənin dörd bir yanında 10 000-dən çox əməkdaşı ilə milyonlarla vətəndaşa xidmət göstərməyə davam edir.

 


SON XƏBƏRLƏR

13 Avqust 2025