• Bakı 28° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

Bəxtiyar Ərsayı BU ŞƏXS əvəz edə bilər-  İDDİA+DOSYE

SİYASƏT

14 Avqust 2025 | 11:42

Bəxtiyar Ərsayı BU ŞƏXS əvəz edə bilər-  İDDİA+DOSYE

Xəbər verdiyimiz kimi, Bəxtiyar Ərsay Türkiyə Quru Qoşunlarının Birinci Ordusunun komandanı təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, İstanbulda yerləşən Birinci Ordu Türkiyənin ən mühüm hərbi birləşmələrindən hesab olunur.

Bəs Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun Komandanı vəzifəsini kim icra edəcək?

Bakıvaxtı.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, bu vəzifənin icrasının general-mayor (red. tümgeneral) Özkan Ulutaşa tapşırılması ehtimal olunur.

Sözügedən ali hərbi rütbəli zabit 1967-ci ildə  Türkiyənin Manisa şəhərində dünyayay gəlib.

1985-ci ildə İstanbulda yerləşən Kuleli Hərbi Liseyini, 1989-cu ildə isə Türkiyə Quru Qoşunları Hərbi Məktəbini bitirib.

O, müxtəlif ordu birləşmələri və qurumlarda komandir və strateji planlaşdırma zabiti kimi vəzifələrdə çalışıb.

General 2012-ci ildə Silahlı Qüvvələr Akademiyasından məzun olub və 2011-ci ildə Çin Xalq Respublikasında Strateji Tədqiqatlar Kursunu tamamlayıb.

Hal-hazırda Atatürk Universiteti Tarix Bölməsində doktorantdır.

Ulutaşa 1999-2000-ci illərdə UNIKOM-da (Birləşmiş Millətlər Təşkilatının Küveyt–İraq Müşahidə Missiyası) BMT hərbi müşahidəçisi kimi fəaliyyət göstəri

2005-2008-ci illərdə NATO ilə, o cümlədən, İtaliyanın Napoli şəhərindəki Müştərək Qüvvələr Komandanlığında, 2015-2017-ci illərdə isə ABŞ, Norfolkdakı NATO Müttəfiq Dönüşüm Komandanlığında çalışıb.

2017-ci ildə Tuğgeneral rütbəsinə, 2023-cü ildə isə Tümgeneral rütbəsinə yüksəlib. 2017-2021-ci illərdə İstanbulda NATO O, 2017-2021-ci illərdə İstanbulda NATO-nun Sürətli Yerləşdirilə Bilən Korpusunun (NRDC-Türkiyə) komandiri  2021-2023-cü illərdə isə Baş Qərargah Strateji Şöbənin Başçısı olub.

Hazırda o, Kosovadakı NATO qüvvələrinə rəhbərlik edir.

Qeyd edək ki, vəzifəyə təyin edilə biləcək şəxslər arasında türk ordusunun generallarından Səbahəddin Qalxan, Mehmet Açık, Nicat Şimşəyin adları da çəkilir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

13 Avqust 2025