Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin Koreya Xalq Demokratik Respublikasının (KXDR) əsgərlərinin Kursk vilayətinin azad edilməsindəki rolunu yüksək qiymətləndirib.
Bakıvaxtı.az bu barədə TASS-a istinadla xəbər verir.
O, Pxenyanda KXDR Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoi Ryonq Ha ilə görüşündə bu fikirləri səsləndirib.
Volodin bildirib ki, KXDR əsgərləri Kursk vilayətinin azad olunması üçün köməyə gəlib və həyatlarını qurban veriblər.
Dövlət Dumasının sədri bunu mühüm tarixi akt adlandırıb. O, Rusiyanın bu fədakarlığı heç vaxt unutmayacağını vurğulayıb.
Əli Hüseynov