• Bakı 23° C

    1.77 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

Şair Kəramət Şükürov küçədə ölü TAPILDI

CƏMİYYƏT

13 Avqust 2025 | 22:37

Şair Kəramət Şükürov küçədə ölü TAPILDI

Şair, nasir, jurnalist Kəramət Şükürovun küçədə meyiti aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Qobustan” dərgisinin əməkdaşı, yazıçı Oqtay Əhmədov sosial şəbəkədəki hesabında bildirib.

K.Şükürovun vəfat səbəbi məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Kəramət Rza oğlu Şükürov 1 dekabr 1957- ci ildə Masallı rayonunun Göyçöl kəndində anadan olub.

Əmək fəaliyyətinə Göyçöl kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlayıb. 1987-ci ildən "Yazıçı" və "Elm" nəşriyyatlarında çalışıb, Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunun direktoru olub. Bir müddət "Novruz", "Oğuz eli" qəzetlərində əməkdaşlıq edib. "Nəfəs", "Yeni quruluş" qəzetlərinin baş redaktoru, "Məqam" qəzetinin şöbə müdiri olub.

Tələbəlik illərindən hekayə və şeirləri dövri mətbuatda, "Ulduz" jurnalında və "Yaşıl budaqlar" almanaxında dərc olunub.


SON XƏBƏRLƏR

13 Avqust 2025