• Bakı 28° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9894

    RUB - 2.1364

Bayramovla qazaxıstanlı həmkarı arasında telefon danışığı olub

SİYASƏT

14 Avqust 2025 | 12:48

Bayramovla qazaxıstanlı həmkarı arasında telefon danışığı olub

Avqustun 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikasının baş nazirin müavini, xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı aparılıb.

Bu barədə Bakıvaxtı.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

    Qeyd edilib ki, Qazaxıstanın xarici işlər naziri Azərbaycan Respublikasının Prezidentinin ABŞ-yə səfəri zamanı Azərbaycan-ABŞ arasında əldə edilmiş razılıqlar, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. İmzalanmış sənədlərin bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.

    Nazirlər Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edib, ölkələrimiz arasında baş tutan ali və yüksək səviyyəli təmas və səfərlərin əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıblar.

    Azərbaycan və Qazaxıstanın üzv olduqları regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha gücləndirilməsinin əhəmiyyəti qeyd olunub, yaxın aylarda keçiriləcək tədbirlərə hazırlıq məsələləri müzakirə olunub.

    Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


    SON XƏBƏRLƏR

    13 Avqust 2025