• Bakı 26° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9894

    RUB - 2.1364

Dövlət büdcəsindən 182 mln. manata yaxın vəsait geri qaytarılıb

İQTİSADİYYAT

14 Avqust 2025 | 13:04

Dövlət büdcəsindən 182 mln. manata yaxın vəsait geri qaytarılıb

2025-ci ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsindən 181 milyon 764,2 min manat məbləğində vəsait fiziki və hüquqi şəxslərə geri qaytarılıb.

Bu barədə Bakıvaxtı.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, geri qaytarılan vəsaitin 5 milyon 874 min manatı əcnəbilər tərəfindən ölkə ərazisində alınan istehsal və kommersiya məqsədi daşımayan mallara görə ödənilən ƏDV-nin qaytarılmasına aiddir. Bu məbləğə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə qaytarılan ƏDV də daxildir.

    Fiziki şəxs olan istehlakçılara isə işğaldan azad edilmiş ərazilərdə yerləşən mehmanxanalar tərəfindən göstərilən xidmətlərə, pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınan mallara və xidmətlərə görə ödənilən ƏDV-nin 109 milyon 599,7 min manatı geri ödənilib. Bura neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları daxil deyil.

    Həmçinin, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 18 milyon 817,8 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

    Hesabat dövründə artıq ödənilmiş vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları üzrə isə dövlət büdcəsindən geri qaytarılan vəsaitin məbləği 47 milyon 472,7 min manat təşkil edib.


    SON XƏBƏRLƏR

    13 Avqust 2025