• Bakı C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Prezident Özbəkistanla imzalanmış sazişləri təsdiq etdi

SİYASƏT

14 Avqust 2025 | 13:11

Prezident Özbəkistanla imzalanmış sazişləri təsdiq etdi

Prezident İlham Əliyev bu il iyulun 2-də Azərbaycan və Özbəkistan arasında imzalanmış 4 sazişi təsdiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bunlar, aşağıdakılardır:

- “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”

- “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsi arasında səlahiyyətli iqtisadi operator institutlarının qarşılıqlı tanınması haqqında Saziş”

- “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında elm, peşə təhsili və ali təhsil sahələrində əməkdaşlığa dair Saziş”

- “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında surəti köçürülmüş, oğurlanmış, itirilmiş və cinayətkar fəaliyyət ilə əlaqəli mobil cihazlar barədə məlumat mübadiləsinin təşkili haqqında Saziş”


SON XƏBƏRLƏR

31 Dekabr 2025