• Bakı 28° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

Tramp Putinlə Alyaskada nə danışacağını açıqlayıb

DÜNYA

14 Avqust 2025 | 09:07

Tramp Putinlə Alyaskada nə danışacağını açıqlayıb

ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski və avropalı müttəfiqlərinə Rusiya prezidenti Vladimir Putinlə Ukraynanın bölünməsini müzakirə etməyəcəyini deyib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda “NBC News”a mənbələrə istinadən məlumat yayıb.

    Belə ki, Tramp Avropa liderlərinə Putinlə Alyaskada görüşməkdə məqsədinin Ukraynada atəşkəs olduğunu bildirib.

    Telekanalın məlumatına görə Tramp Avropa liderləri ilə telefon danışığı zamanı Putinlə heç bir torpaq mübadiləsini müzakirə etməyəcəyini deyib.

    Tramp və Avropa liderləri Ukraynada sülh danışıqlarına başlamazdan əvvəl atəşkəsin əldə edilməli olduğuna dair razılıq əldə ediblər.


    SON XƏBƏRLƏR

    13 Avqust 2025