• Bakı 23° C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

Üç şirkətin səhmləri hərraca çıxarıldı

CƏMİYYƏT

13 Avqust 2025 | 21:55

Üç şirkətin səhmləri hərraca çıxarıldı

"Ağdaş Quşçuluq", "Cəlilabad Şərab" və "Şıxlar Broyler"in səhmləri satışa çıxarılır.

Bu barədə Bakıvaxtı.az-a Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, sifarişlər Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalı (e-services.economy.gov.az) vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaq.

Pul hərracı 2025-ci il sentyabr ayının 23-də saat 09:30-da Əmlak Xidmətləri Məkanında keçiriləcək. Hərraca "Ağdaş Quşçuluq"un bir səhminin nominal dəyəri 2 manat, "Cəlilabad Şərab"ın 4 manat, "Şıxlar Broyler"in 2 manat təşkil edir.


SON XƏBƏRLƏR