• Bakı 19° C

    11.48 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Su təchizatına qoşulma sahəsində çalışan əməkdaşlara təlimlər keçirildi – Fotolar 

CƏMİYYƏT

20 Mart 2025 | 10:55

Su təchizatına qoşulma sahəsində çalışan əməkdaşlara təlimlər keçirildi – Fotolar 

Su təchizatına qoşulma sahəsində çalışan əməkdaşlara təlimlər keçirilib.

Bu barədə Bakıvaxtı.az-a ADSEA-dan məlumat verilib.

Bildirilib ki, “Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma Qaydası”nın tələblərinin yerinə yetirilməsi üzrə Tədbirlər planına əsasən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin tabeçiliyində olan sukanal idarələri qəza-bərpa və təmir-tikinti briqadalarının usta heyətinə Təlim və İnnovsasiyalar İdarəsinin inzibati binasında qoşulma sahəsində aparılmış islahatlar, görülmüş işlər, yeni qanunvericiliyinin tələbləri və qarşıda duran vəzifələr mövzusunda təlim-treyninqlər keçirilib.

Təlim iştirakçılarına yeni qoşulma qaydalarına əsasən həyata keçirilən proseslər çərçivəsində texniki şərtlərin verilməsi prosedurları izah olunub, layihə sənədlərinin hazırlanması, icra mexanizmlərinin tətbiqi, vətəndaş-qurum münasibətlərinin minimuma endirilməklə şəffaflığın daha da artırılması, proseslərin tam elektron formada həyata keçirilməsi üsulları diqqətə çatdırılıb. 

Bununla yanaşı su təchizatının etibarlılığının təmin olunması, baş vermiş qəzaların aradan qaldırılması və su itkilərinin minimuma endirilməsi məqsədilə görüləcək işlər barədə ətraflı məlumatlar verilib.


SON XƏBƏRLƏR

10 May 2025