• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Sülh müqaviləsi üçün İrəvana müraciət etmək lazım deyil - AÇIQLAMA

Gündəm

22 Noyabr 2023 | 16:02

Sülh müqaviləsi üçün İrəvana müraciət etmək lazım deyil - AÇIQLAMA

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etmək çağırışı edib.

Vurğulanıb ki, qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır: “Biz Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırır və danışıqların tezliklə başlanması üçün onların bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyirik”.

Siyasi şərhçi Fuad Abbasovun Bakıvaxtı.az-a dediyinə görə, Ermənistanın son günlərdəki fəaliyyətləri onu göstərir ki, sülh müqaviləsi imzalamaq üçün İrəvana müraciət etmək lazım deyil.

Analitik bildirib ki, Ermənistanla bağlı qərarlar Parisdə, yaxud başqa Avropa dövlətinin paytaxtında verilir: "Bu, Strasburq da ola bilər, Brüssel də. Bəlkə də Vaşinqton olar. Necə ki, Serj Sarkisyan və Robert Koçaryan dönəmində bütün qərarlar Moskvada verilirdi və Kremldə alınan qərarlar İrəvana ötürülərək Azərbaycan tərəfindən səsləndirilirdi”.

Müsahibimiz deyir ki, indi vəziyyət Paşinyan dönəmində dəyişərək Avropaya və yaxud Amerikaya yönləndirilib. Ona görə rəsmi Bakının Ermənistana sülh müqaviləsinin bağlanması və danışıqların bərpası ilə bağlı çağırışı protokol qaydasından o yana keçmir.

Fuad Abbasov: Ermənistanla bağlı qərarlar Avropa dövlətlərinin paytaxtında verilir

Analitik hesab edir ki, əslində Azərbaycan tərəfi yaxşı bilir ki, sülh danışıqlarının gedişatı ilə bağlı neqativ, yaxud pozitiv qərarlar Avropada, ya da ABŞ-da alınır: “Yəni hansı Qərb dövləti Ermənistan üzərində daha çox nüfuza malikdirsə, onun "tövsiyələri" nəzər alınır. Aydın görünən odur ki, İrəvanda sülh müqaviləsinin imzalanması ilə bağlı hansısa qərarlar verilmir".

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024