• Bakı 14° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.8335

    RUB - 0.0186

Yerdə qalan 4 kənd nə vaxt qaytarılacaq?

CƏMİYYƏT

29 Aprel 2024 | 12:10

Yerdə qalan 4 kənd nə vaxt qaytarılacaq?

"Ermənistan 4 kəndi Azərbaycana qaytardıqdan sonra yerdə qalan 4 kəndin nə zaman qaytarılacağı mövzusu aktuallaşıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, ermənilərin iddia etdiyi Başkənd mövzusu ətrafında da müzakirələr başlayıb: "Delimitasiya və demarkasiya prosesi davam edir. İlkin nəticələr müsbətdir. Ancaq sərhədin müəyyənləşdirilməsinin sonrakı mərhələlərində mübahisələr yarana bilər. Əslində bunda problem yoxdur, onsuz da qısa müddətdə iki ölkə arasında sərhədin tamamının müəyyənləşdirilməsi mümkün olmayacaq".

"Bizim üçün önəmli olan Qazaxa bitişik 4 kənd idi, onu həll etdik, digər 4 kəndlə bağlı danışıqlar davam edəcək. Sülh və ya çərçivə sazişinə bütün problemli məsələləri daxil etmək mümkün olmayacaq. Ermənistana həmsərhəd olan Qazax, Tovuz və Gədəbəyin təhlükəsizliyi Qarabağın təhlükəsizliyi qədər Azərbaycan üçün vacibdir", - deyə politoloq əlavə edib.

Aytac Aslan


SON XƏBƏRLƏR

14 May 2024