• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Sülh sazişinin imzalanması niyə yubanır?

SİYASƏT

19 Aprel 2022 | 15:53

Sülh sazişinin imzalanması niyə yubanır?

Bakıda və Yerevanda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması və ya ən azı danışıqların, sülh prinsiplərinin müzakirəsinin başlaması ehtmalı fəal şəkildə müzakirə olunur. Azərbaycanda ölkələr arasında münasibətlərin nizamlanması üzrə sənəddə yer almalı olan 5 maddə dərc edilib. Həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağın Azərbaycan torpağı olduğunu xalqına bəyan edib.

Bəs sülh sazişinin imzalanması niyə ləngiyir?

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Bakıvaxtı.az-a bildirib ki, bunun yeganə səbəbi Rusiyanın münasibətlərin tezliklə normallaşmasında maraqlı olmamasıdır:

“Sülh sazişinin imzalanması prosesinin ləngiməsi həm də Rusiyanın Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsində özünün dövlət maraqlarına prioritet verməsi ilə bağlıdır. Yəni, Rusiyanın kifayət qədər Ermənistanda hakimiyyətə təsir edə biləcək gücləri var. Paşinyan bəyanatlar versə də, xüsusi addım atmasına icazə vermirlər. Rusiya olmasa, Ermənistan tərəfi çoxdan sülh sazişini imzalanmışdı”.

S.Cəlaloğlu hesab edir ki, Rusiya-Ukrayna müharibəsi fonunda, nə qədər ki, Rusiya gücünü itirməyib, bu sülh sazişinin imzalanması da  uzanacaq:

“Savaş bitənə qədər, Rusiya gücünü itirəcəyi və özünün qlobal istəklərindən imtina etdiyi təqdirdə, artıq Ermənistan və Azərbaycan arasındakı münasibətlərə müdaxilə olmayacaq. Beləliklə, sülh sazişi də imzalanmış olacaq”.

“Ağ” Partiyasının sədri Tural Abbaslı isə Bakıvaxtı.az-a deyir ki, Ermənistan təkbaşına qərar verən tərəf olmadığı üçün xeyli yubanmalar var:

“Ermənistan ilk növbədə bu məsələni Rusiya ilə razılaşdırmalıdır. Bilirsiniz ki, Paşinyan hələ Putinin qəbuluna gedib hesabat verəcək. Eyni zamanda, erməni diasporunun da Paşinyana müəyyən basqısı var. Çünki onlar Ermənistana xeyli maddi dəstək göstərir. Yəni, Ermənistanla sülh sazişi imzalanarsa, artıq Qarabağın müstəqilliyindən söhbət gedə bilməz. Həmçinin daxildə Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyən qüvvələr var. Ona görə də sülh sazişinin imzalanması bir az vaxt tələb edir. Lakin qaçış yolu yoxdur. Azərbaycan Ermənistanla müqayisə olunmayacaq dərəcədə güclüdür və onlar bu reallıqla barışmalıdır”.

T. Abbaslı bildirib ki, hərbi müharibə bitsə də, hələ diplomatik savaş davam edir:

“Diplomatik savaş da təbii ki, vaxt alacaq. Bundan əlavə ortada Rusiya və Qərb yarışı da var. Ermənistan da bilmir ki, Rusiyanın, yoxsa Qərbin rəhbərliyi altında sülh sazişini imzalasın".

Müsahibimiz hesab edir ki, Azərbaycan Qarabağdakı hərbi varlığını daha da gücləndirməlidir: "Çünki vaxtın uzanması Azərbaycanın maraqlarına daxil deyil. Bu, ancaq dünya reallıqlarının dəyişməsinə görə, Ermənistana sərf edən məsələdir. Buna görə də, Azərbaycan şərt qoymalıdır ki, ya ən qısa zamanda sülh sazişi imzalanmalıdır, ya da biz Qarabağda anti-terror əməliyyatı keçirəcəyik”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026