• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Litva Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

SİYASƏT

19 May 2022 | 08:32 | Müəllif: Qalib İbrahimoğlu

Litva Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycan Respublikasına rəsmi səfəri mayın 19-da başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Litva Respublikasının Prezidenti Gitanas Nausedanı və xanımı Diana Nausedieneni Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.


Litva Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR