• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Ceyhun Bayramov Lavrovla müzakirə apardı

SİYASƏT

17 Iyun 2022 | 20:48 | Müəllif: Subhan Mahmudov

Ceyhun Bayramov Lavrovla müzakirə apardı

Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub.

Bakıvaxtı.az Rusiya XİN-ə istinadən xəbər verir ki, nazirlər Rusiya və Azərbaycan arasında Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamənin icrası kontekstində ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər.

Həmçinin bir sıra regional və beynəlxalq mövzular, o cümlədən Moskvanın vasitəçiliyi ilə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına dair fikir mübadiləsi aparıblar.

"Telefon danışığı zamanı bir sıra regional və beynəlxalq mövzularda, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi üzrə “saat yoxlanışı” aparılıb. 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli ən yüksək səviyyədə üçtərəfli sazişlər çərçivəsində Rusiyanın vasitəçilik rolu ilə müvafiq işin vacibliyi vurğulanıb.

Sergey Lavrovun bu il iyunun 23-24-də Bakıya gözlənilən işgüzar səfəri zamanı bu məsələlərin əsaslı müzakirəsinin davam etdirilməsi razılaşdırılıb", - deyə Rusiya XİN-nin məlumatında qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR