• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Ümid edir ki, Bakı və İrəvan bu istiqamətdə..." - Zaxarova

SİYASƏT

18 May 2022 | 22:20 | Müəllif: Subhan Mahmudov

"Ümid edir ki, Bakı və İrəvan bu istiqamətdə..." - Zaxarova

Rusiya yaxın vaxtlarda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı əməli işə başlamağın mümkün olacağına ümid edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

“Ötən il noyabrın 26-da Soçidə liderlərin üçtərəfli danışıqlarının ardından verilən bəyanatda təsbit edildiyi kimi komissiyanın işə başlaması ilə iki ölkə sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üçün addımlar atmaq lazımdır”, - Zaxarova qeyd edib.

XİN rəsmisi vurğulayıb ki, Düşənbədə keçirilən son görüşdə azərbaycanlı və erməni tərəfdaşlar milli nümayəndə heyətinin formalaşdırılması prosesini başa çatdırmaq üzrə olduqlarını bildiriblər, Rusiya isə artıq öz ekspert qrupunu formalaşdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR