• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Sumqayıt” və “Turan Tovuz”un kubokdakı rəqibləri bəlli oldu

İDMAN

18 Noyabr 2023 | 19:42 | Müəllif: Subhan Mahmudov

“Sumqayıt” və “Turan Tovuz”un kubokdakı rəqibləri bəlli oldu

Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün I təsnifat mərhələsinə start verilib.

Bakıvaxtı.az xəbər verir ki, ilk oyun günündə üç oyun keçirilib. II Liqa təmsilçiləri arasında ilk oyunda “Füzuli” və “Lerik” üz-üzə gəlib. Görüş Lerik təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Dinamo” isə “Göygöl”ə minimal hesabla uduzaraq kubok uğrunda mübarizəni startda dayandırmalı olub - 1:2. “Qusar”la “Şahdağ Qusar”ın duelində isə qalib penalti seriyasında müəyyənləşib. Nəticədə “Şahdağ Qusar” qələbəyə sevinib.

Bununla da, "Lerik", "Göygöl" və "Şahdağ Qusar" komandaları II təsnifat mərhələsinə vəsiqə qazanıblar. Bu mərhələdə “Lerik” evdə “Sumqayıt”la, “Şahdağ Qusar” doğma arenasında “Qaradağ Lökbatan”la, “Göygöl" isə səfərdə “Turan Tovuz”la qarşılaşacaq. II raundun görüşləri 28-30 noyabr tarixlərində baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026