• Bakı 18° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

"Sabah" 1/4 finala yüksəlib

İDMAN

18 Dekabr 2023 | 15:58

"Sabah" 1/4 finala yüksəlib

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.

Bakıvaxtı.az xəbər verir ki, günün ilk matçında "Sabah" "Kəpəz"lə üz-üzə gəlib.

Tovuz şəhər stadionunda reallaşan qarşılaşma paytaxt təmsilçisinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Gəncə klubunun heyətində 36-cı (pen.), 45-ci və 76-cı dəqiqələrdə Adama Niane fərqlənib. Qonaqlarda 14-cü dəqiqədə Vinsent Til, 23-cü dəqiqədə Cesse Sekidika, 39-cu dəqiqədə Emmanuel Apeh, 89-cu dəqiqədə Amin Seydiyev adını tabloya yazdırıb.

"Sabah" 1/4 finalda "Qarabağ" - MOİK cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, günün ikinci görüşündə "Sumqayıt" "Karvan"ı qəbul edəcək. Bu mərhələnin digər oyunları 19, 20 və 21 dekabrda gerçəkləşəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026