• Bakı 18° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Bakıda keçiriləcək Avropa Kubokunun tarixi dəyişdirildi

İDMAN

16 Yanvar 2024 | 22:49 | Müəllif: Subhan Mahmudov

Bakıda keçiriləcək Avropa Kubokunun tarixi dəyişdirildi

Avropa Gimnastikasının təşkilatçılığı ilə bu il ölkəmizdə bədii gimnastika üzrə ilk dəfə keçiriləcək Avropa Kubokunun tarixi dəyişdirilib.

Bakıvaxtı.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni formatı ilə fərqlənəcək yarış mayın 3-dən 5-dək Milli Gimnastika Arenasında təşkil ediləcək.

Avropa Kuboku Beynəlxalq Gimnastika Federasiyasına üzv olan bütün ölkələr üçün açıq olacaq. Yarışda çoxnövçülük, komanda hesabı və fərdi proqramda final yarışları keçiriləcək.

Kubokda təkcə böyüklər deyil, gənclər də iştirak edəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR