• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Əziyyətim yerdə qalmadı - Avropa çempionu

İDMAN

15 Fevral 2024 | 20:15 | Müəllif: Subhan Mahmudov

Əziyyətim yerdə qalmadı - Avropa çempionu

"Şükürlər olsun ki, əziyyətim yerdə qalmadı”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Nihat Məmmədli Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

60 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı zədə səbəbindən yarışa istədiyi kimi hazırlaşa bilmədiyini söyləyib: “Reytinq turnirində zədə almışdım. Bu səbəbdən Xorvatiyada keçirilən təlim-məşq toplanışından kənarda qaldım. Bakıda həm bərpa prosesi keçdim, həm də bu yarışa hazırlaşdım. Müəyyən çətinliklər olsa da, həm şəxsi, həm də komanda hesabında yaxşı nəticə göstərdik”.

Onun sözlərinə görə, finalın ağır keçəcəyi əvvəldən bəlli idi: “Çünki rəqibim çox təcrübəli idi. Ancaq bu görüşə yaxşı hazırlaşdığım üçün qalib gəldim. Qələbəmi yenicə dünyaya gələn və mənə dayılıq hissini yaşadan bacımın qızı Gülaya həsr edirəm".

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatını 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026