• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Neftçi” “Səbail”i məğlub edərək ikinci pilləyə yüksəldi

İDMAN

15 Mart 2024 | 21:36 | Müəllif: Subhan Mahmudov

"Neftçi” “Səbail”i məğlub edərək ikinci pilləyə yüksəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.

Bakıvaxtı.az  xəbər verir ki, günün yeganə qarşılaşmasında “Neftçi” doğma meydanda “Səbail”i qəbul edib.

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 23-cü dəqiqədə “Səbail”in müdafiəçisi Nir Bardea avtoqol müəllifi olub.

"Ağ-qaralar"ın heyətində cəmi 3 dəqiqədən sonra Azər Salahlı fərqlənib. Matçın yekun nəticəsini isə 85-ci dəqiqədə Yeqor Boqomolski müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 40-a çatdıran "Neftçi" ikinci pilləyə yüksəlib. “Səbail” isə 37 xalla beşinci sırada qərarlaşıb.

Qeyd edək ki, III dövrənin son turunun digər qarşılaşmaları martın 16-17-də oynanılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR