• Bakı 17° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

"Qarabağ" "Sabah"a məğlub oldu

İDMAN

14 Aprel 2024 | 21:16

Qarabağ Sabaha məğlub oldu

Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, günün son oyununda "Sabah" və "Qarabağ" üz-üzə gəlib. "Bank Respublika Arena"da oynanılan görüş "tələbələr"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 43-ə çatdıran "Sabah" beşinci pilləyə yüksəlib. Daha əvvəl çempionluğunu rəsmiləşdirən "Qarabağ" isə 72 xalda qalıb.

Günün digər oyununda "Səbail" doğma meydanda "Kəpəz"lə heç-heçə edib - 3:3.

Qeyd edək ki, turun daha əvvəl reallaşan qarşılaşmalarında "Turan Tovuz" "Qəbələ"yə 2:1, "Neftçi" "Araz-Naxçıvan"a 3:0 hesabı ilə qalib gəlib. "Sumqayıt" - "Zirə" görüşü isə qolsuz heç-heçə ilə başa çatıb.


SON XƏBƏRLƏR