• Bakı 24° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

“Real” səfərdə “Malyorka”nı məğlub etdi

İDMAN

13 Aprel 2024 | 22:51 | Müəllif: Subhan Mahmudov

“Real” səfərdə “Malyorka”nı məğlub etdi

“Real Madrid” İspaniya çempionatının 31-ci turunun matçında səfərdə “Malyorka” üzərində qələbə qazanıb - 1:0. 

Bakıvaxtı.az xəbər verir ki, əvvəlcə ukraynalı qapıçı Andrey Lunin Antonio Railionun zərbəsindən sonra “Real”ı xilas edib, bir neçə dəqiqə sonra isə Cud Bellinqhemin zərbəsindən sonra top qapının dirəyinə dəyib. Matçın yeganə qolunu 48-ci dəqiqədə Madrid klubunun və Fransa millisinin yarımmüdafiəçisi Aurelien Tchouameni vurub.

74-cü dəqiqədə Lunin “Real”ı yenidən xilas edib. Bu dəfə ukraynalı Serxio Darderin uzaq məsafədən zərbəsini dəf edib. 85-ci dəqiqədə Andrey vaxtı gecikdirdiyinə görə sarı vərəqə alıb.

“Real” La Liqada “Barselona”nı 11 xal qabaqlayaraq inamlı liderlik edir. “Malyorka” isə 15-ci yerdə qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026