• Bakı 18° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Boksçumuz Avropa çempionu oldu

İDMAN

14 Aprel 2024 | 19:21 | Müəllif: Subhan Mahmudov

Boksçumuz Avropa çempionu oldu

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Avropa çempionu tituluna sahib olub.

Bakıvaxtı.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu uğura Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında keçirilən qitə birinciliyində imza atıb.

O, finalda ukraynalı Oleksandr Zveryevlə döyüşüb. Hər 3 raundu xeyrinə bitirən Nəzərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək qızıl medala yiyələnib və Poreçdə Azərbaycan himnini səsləndirib.

Qeyd edək ki, final mərhələsinin axşam sessiyasında 54 kq çəki dərəcəsində Ömər Aslanlı Ukraynanı təmsil edən digər boksçu Maksim Çekinlə üz-üzə gələcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026