• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

AFFA bu kluba texniki məğlubiyyət verdi

İDMAN

15 Mart 2024 | 18:10 | Müəllif: Subhan Mahmudov

AFFA bu kluba texniki məğlubiyyət verdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, iclasda Azərbaycan 1-ci liqasının 18-cı turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

"İrəvan” – “Zaqatala” oyununun 83-cü dəqiqəsində “İrəvan” klubunun heyətində 99 nömrəli futbolçu Balamirzə Soltanovun əvəzinə meydançaya adı matçın protokolunda qeyd edilməmiş 8 nömrəli futbolçu Kamil Mahmudov daxil olduğuna görə “İrəvan”a 0:3 hesablı texniki məğlubiyyət verilib,  klub 400 manat cərimə edilib.

Qeyd edək ki, sözügedən oyunda "İrəvan" 3:0 hesabı ilə qalib gəlmişdi. Bu qərardan sonra 3 xalı silinən "İrəvan" 23 xalla 6-cı pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026