• Bakı 9° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“Nyukasl” “Tottenhem”i darmadağın etdi 

İDMAN

13 Aprel 2024 | 19:41 | Müəllif: Subhan Mahmudov

“Nyukasl” “Tottenhem”i darmadağın etdi

İngiltərə Premyer Liqasının XXXII turu çərçivəsində “Nyukasl” doğma meydanda “Tottenhem”i qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin mütləq üstünlüyü ilə yekunlaşıb 4:0.

Oyunda hesabı 30-cu dəqiqədə A.İsak açıb. İki dəqiqə sonra A.Qordon komandasının üstünlüyünü iki topa çatdırıb. İkinci hissədə (51-ci dəqiqə) növbəti dəfə fərqlənib. Oyunun sonuna üç dəqiqə qalmış F.Shar son nöqtəni qoyub.

Qələbə sayəsində xallarının sayını 50-yə çatdıran “Nyukasl” altıncı pilləyə yüksəlib. “Tottenhem” 60 xalla beşinci pillənin sahibidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR